Baş səhifə
Elanlar
Akademiyanın sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrinin nəzərinə!
Akademiyanın sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrinin nəzərinə!
15.10.2020 15:48Bildiyiniz kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin https://e-telebe.edu.az elektron portalı vasitəsi müəyyən edilərək təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini həyata keçirir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2020/2021-ci tədris ilinin birinci (payız) semestri üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə 15 oktyabr 2020-ci il tarixindən https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə müraciətlərin qəbulunu aktivləşdirəcəkdir.
Aşağıdakıların nəzərə alınmasını xahiş edirik:
- Bakalavriat səviyyəsinə cari tədris (2020/2021-ci) ilində qəbul olmuş tələbələr Təhsil Nazirliyinin https://e-telebe.edu.az elektron portalı vasitəsi qeydiyyatdan keçməlidirlər. Bu zaman https://e-telebe.edu.az elektron portalı vasitəli ilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir.
- 2019/2020-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən yuxarı kurs tələbələrinin 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin (məzunlar istisna olmaqla) 2019/2020-ci tədris ilinin yaz semestri üçün sistemdəki müraciətləri 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün əsas götürülərək onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu informasiya sistemi tərəfindən avtomatik rejimdə müəyyən ediləcəkdir.
- Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq ilin birinci yarısında sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət edə bilərlər.